Internet Archive
| Internet Archive | |
| URL: | Archive.org |
|---|---|
| Kommersiya: | xeyr |
| Saytın tipi: | universal elektron kitabxana |
| Qeydiyyat: | 1996 |
| Dil(lər)i: | İngilis |
| Serverin yeri: | |
| Sahibi: | Bryuster Keyl |
| Fəaliyyətə başlayıb: | 2001 |
| Hazırkı statusu: | aktiv |
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir.
2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb.
Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Xarici keçidlər[redaktə]
- Internet Archivenin rəsmi veb-saytı
- Internet Archive Mirror at the Bibliotheca Alexandrina, Egypt
- The Other Minds Archive – New Music Resource from radiOM.org
- Web Archiving at archive.org, details of Internet Archive operations
- Pictures and descriptions of the Wayback Machine hardware in 2003 (prior to the Petabox), with cost information
- Current Petabox storage hardware