637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yəzdigərd Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.
ABŞ-ın Nom şəhərində 1925-ci ildə insanlar arasında anidən difteriya xəstəliyi yayılmağa başlayır. Şəhərə quru nəqliyyatı olmadığından xəstəlik əleyhinə zərdab çatdırılması üçün xizək itlərindən istifadə olunur. 20 xizəkçi və 150 xüsusi təlim görmüş it 1085 km məsafəni keçərək 5 gün ərzində zərdabı Nom şəhərinə çatdırırlar. Nom şəhərinə zərdab çatdırılması kimi tarixə düşən hadisə bütün ABŞ-da rezonans yaradır.
Çilinin 3600 km qərbində Pasxa adasında yerləşən moai daş heykəllərinin kim tərəfindən, nə zaman və hansı məqsədlə yaradıldığı məlum deyil.
Argentinanın şimal-qərbində baş verən helikopter qəzası nəticəsində 10 nəfər həlak olub. Həlak olanlar arasında Olimpiya oyunlarının qızıl və gümüş medallarını qazanmış fransız idmançılarda var.
ABŞ milli parkları — ABŞ-da Federal Hökümət Daxili İşlər Bürosuna bağlı olan Milli Park Xidməti federal idarə bürosu tərəfindən idarə olunan milli park adıyla xatırlanan özəl statuslu (2013) 59 özəl qorumalı ərazi mövcuddur. ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə qurulur. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və 18-ci ABŞ prezidenti olan Uliss Qrantın (1869–1877) təsdiqi ilə qurulmuş olan Yellouston Milli Parkıdır. Ardından 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmışdır (amma bu ərazi 1895-ci ildə statusunu itirmişdir). Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit Milli Parkı və Sekvoya Milli Parkı olmuşdur. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan Milli Parklar Qanunu ilə qurulan milli parklar federal dövlət üçün idarə etmək üzrə ABŞ Daxili İşlər Nazirliyinə bağlı Milli Park Xidməti qurulmuşdur.