Böyük Moğol İmperiyası — 1526-1857-ci illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti. XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü. Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.
Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər. Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı.
Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi, bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi.
Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-da Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir.
Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir (Davamı...)
Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur (məsələn, 2 dəfə ardıcıl olaraq seçilən Corc Vaşinqton 1-ci və 2-ci deyil, yalnız 1-ci prezident hesab olunur), hazırda ABŞ tarixində fasilə ilə prezident vəzifəsini tutmuş yeganə şəxs Qrover Klivlend olmuşdur və o, 24-cü və 26-cı prezident hesab olunur.
Franklin Ruzvelt 4 dəfə ABŞ Prezidenti seçilmiş yeganə şəxsdir, həmçinin o, bu vəzifəni 12 il tutaraq prezident postunda ən uzun müddətdə qalan şəxs sayılır. Ən qısamüddətli prezidentlik dövrü isə Uilyam Harrisona məxsusdur.