SQL
SQL (Structured Query Language) - əlaqəli verilənlər bazasının idarə sistemlərini (ing. relational database management systems (RDBMS)) idarə etmək üçün istifadə olunan proqramlaşdırma dilidir.
Mündəricat
Tarixi[redaktə]
SQL 70-ci illərdə IBM tərəfindən yaradılmışdır. İlk versiyası SEQUEL (Structured English Query Language) adlanırdı. SEQUEL adı sonradan SQL adı ilə əvəz olundu, çünki "SEQUEL" Böyük Britaniyada hava şirkətinin əmtəə nişanı idi.
Sorğular[redaktə]
Verilənləri cədvəldən almaq üçün SQL-də sorğulardan istifadə olunur. Sorğular SELECT əmri ilə başlanır. Sorğularda hansı tip veriləni almaq istədiyini göstərmək olur. Verilənin hansı cədvəldən alındığını FROM əmri ilə göstərilir. Cədvəldən bütün verilənləri almaq üçün ulduzdan (*) istifadə olunur. Məsələn:
SELECT * FROM cedvel
Digər idarə edici açar sözlər:
- WHERE
- GROUP BY
- HAVING
- ORDER BY
- JOIN