Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. (Davamı...)
Peloponnes müharibəsi — (E.ə. 431 - E.ə. 404) — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə.
Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi.
"Samsung" şirkətinin uğurlu tarixinin başlanğıcı Tequ şəhərində 1938-ci ilin 1 martında düyü üçün tikilmiş kiçik anbar hesab olunur.
Günün seçilmiş şəkli
Xəbərlər
Amerika Kubokunun finalında Çili və Argentina milliləri qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Çili yığması rəqibinə 4:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Amerika Kubokuna sahib olub.
Beynəlxalq Kosmik Stansiyaya istiqamətlənmiş ABŞ raketi "Falcon 9", "SpaceX" şirkətinin Dragon yük gəmisi ilə havaya qalxdıqdan 3 dəqiqə sonra partlayıb.
Pakistanda anomal istilər nəticəsində 1.200-dən çox insan vəfat edib.
ABŞ-ın Cənubi Karolina ştatının Çarleston şəhərində yerləşən kilsədə baş verən silahlı hücum nəticəsində 9 nəfər həlak olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
1994 — Şimali ve Cənubi Yəmən arasında müharibə, şimalilərin qalibiyətiylə başa çatmışdır.
2005 — Londonda metro vağzalında olan terror hücumunda 50 dən artıq adam həlak olmuşdur.
1923 — Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir, «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilir.
2005 – Londonda metro vağzalında olan terror nəticəsində 50-dən artıq insan həlak olmuşdur.
ABŞ milli parkları — ABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidentiUliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.