Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 97.455 məqalə mövcuddur.

Cscr-featured.svg Həftənin seçilmiş məqaləsi

Poster - Gone With the Wind 01.jpg
Küləklə sovrulanlar (film, 1939)Marqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır.

Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. (Davamı...)

Artículo bueno.svg Həftənin yaxşı məqaləsi

Houghton STC 24058 (B) - Thucydides.jpg
Peloponnes müharibəsi — (E.ə. 431 - E.ə. 404) — Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə.

Afina ilə Sparta arasında uzun zamandan bəri münaqişə mövcud idi. Bunun əsas səbəblərindən biri onların fərqli dövlət quruluşlarına malik olmasında idi. Afinada demokratiya, Spartada isə oliqarxiya üsul-idarəsi bərqərar idi. Hər iki tərəf onlara müttəfiq olan polislərdə eyni idarə üsulunu hakim etməyə çalışırdı. Bunlardan əlavə münaqişənin səbəblərindən biri də bu şəhərlərin əhalisinin fərqli xalqlara mənsub olmasında idi, belə ki, afinalılar (və onların müttəfiqlərinin böyük hissəsi) ioniyalı, öz növbəsində spartalılar və onun müttəfiqləri dorilər idi.

(Davamı...)

Bilirsinizmi...

Vikipediya məqalələrindən
Mark Shuttleworth NASA.jpg

Günün seçilmiş şəkli

2014 Erywań, Katedra św. Grzegorza Oświeciciela (05).jpg


 

Emoji u1f4f0.svg Xəbərlər

Qələbəni qeyd edən Çili millisi.
  • Amerika Kubokunun finalında ÇiliArgentina milliləri qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Çili yığması rəqibinə 4:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Amerika Kubokuna sahib olub.
  • Beynəlxalq Kosmik Stansiyaya istiqamətlənmiş ABŞ raketi "Falcon 9", "SpaceX" şirkətinin Dragon yük gəmisi ilə havaya qalxdıqdan 3 dəqiqə sonra partlayıb.
  • Pakistanda anomal istilər nəticəsində 1.200-dən çox insan vəfat edib.
  • "Titanik", "Cəsur ürək""Avatar" kimi filmlərin bəstəkarı, iki dəfə Oskar mükafatı qalibi Ceyms Horner qəza nəticəsində vəfat edib.
  • ABŞ-ın Cənubi Karolina ştatının Çarleston şəhərində yerləşən kilsədə baş verən silahlı hücum nəticəsində 9 nəfər həlak olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Davam edən olaylar:
Son ölümlər: Yevgeni Primakov, Ceyms Horner, Süleyman Dəmirəl, Janna Friske, Kənan Evrən, Əhməd Ələsgərov, Kirk Kirkoryan, Abdulla Mehrabov


Tarixdə bu gün

Bu gün — 7 iyul: Londonda terror, Qarsın işğalı
Vatikanda Səint Piter meydanı
  • 1607 — ilk dəfə olaraq İngiltərənin «himni» səsləndi.
  • 1784 — Avstriyada Y.Stuver ilk dəfə olaraq aerostatda uçuş həyata keçirdi.
  • 1828 — Əmin Paşanın təslim qərarı ilə əlaqədar Qars Rusiya tərəfindən işğal edilmişdir.
  • 1846 — ABŞ Meksikanın bir hissəsi olan Kaliforniyanın anneksiyasını elan etdi.
  • 1929Mussolini ilə Roma Papasının razılaşması nəticəsində müstəqil Vatikan dövləti (şəkildə) qurulmuşdur.
  • 1943 — italyan müğənnisi Toto Kutunyo anadan olmuşdur.
  • 1978Sakit okeanda yerləşən Solomon adaları müstəqilliyini elan etmişdir.
  • 1994 — Şimali ve Cənubi Yəmən arasında müharibə, şimalilərin qalibiyətiylə başa çatmışdır.
  • 2005Londonda metro vağzalında olan terror hücumunda 50 dən artıq adam həlak olmuşdur.
  • 1923Moskva rəhbərliyinin qərarı ilə Dağlıq Qarabağa muxtar vilayət statusu verilir, «Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Dekreti qəbul edilir.
  • 2005Londonda metro vağzalında olan terror nəticəsində 50-dən artıq insan həlak olmuşdur.

Digər günlər: 6 iyul7 iyul8 iyul

Feat lists.png Seçilmiş siyahı

Stalin

ABŞ milli parklarıABŞ Daxili işlər nazirliyinin tabeliyindəki Milli Park Xidməti tərəfindən idarə olunan və milli park adlandırılan xüsusi statuslu 59 qoruq ərazisi mövcuddur (2013). ABŞ-dakı milli parklar ABŞ Konqresinin qərarları ilə yaradılır. İlk ABŞ milli parkı 1872-ci ildə qəbul edilən qanunla və ABŞ prezidenti Uliss Qrantın təsdiqi ilə yaradılan Yellouston Milli Parkıdır. Bundan sonra 1875-ci ildə Mekkinak Milli Parkı yaradılmış, lakin 1895-ci ildə statusunu itirmişdir. Üçüncü və dördüncü milli parklar 1890-cı ildə qurulan Yosemit milli parkı və Sekvoya milli parkıdır. 1916-cı ildə ABŞ Konqresində qəbul olunan "Milli parklar" qanunu ilə federal dövlət adından milli parkları idarə etmək üçün ABŞ Daxili işlər nazirliyinin tabeliyində Milli Park Xidməti quruldu.

Kömək səhifələri

Kateqoriyalar

HILLBLU tavolozza.png Mədəniyyət
AbidəDizaynƏdəbiyyatFolklorİdmanİncəsənətJurnalistikaKinoMətbəxMusiqiTeatr
HILLBLU meccanismo.png Texnologiya
AlətlərİnternetMühəndislikTelekommunikasiyaKompüterMemarlıq
HILLBLU famiglia.png Cəmiyyət
AiləDilDinƏhaliƏyləncəFəlsəfəSəyahətHüquqİqtisadiyyatKommersiyaMaliyyəPsixologiyaSiyasətSosiologiyaŞəxslərTəhsil
HILLBLU molecola.png Elm
AnalizAstronomiyaBiologiyaEkologiyaElektronikaFizikaGeologiyaHəndəsəKimyaKosmosMəntiqNüvəRiyaziyyatStatistikaTəbiətTibb
HILLBLU mondo.png Coğrafiya
DənizlərQitələrMateriklərOkeanlarÖlkələrRayonlarŞəhərlər
HILLBLU orologio.png Tarix
ArxeologiyaİmperiyalarİnqilablarMifologiyaMüharibələrSülh müqavilələriTarixçilərTarixi dövlətlərTarixi dövrlər
Digər kateqoriyalar

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə