Həftənin seçilmiş məqaləsi
|
|
Tintin Tibetdə — Belçikalı Erjenin komiksi Tintinin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır.
Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir. 32 dilə tərcümə edilən və tənqidçilərin diqqətini çəkən Tintin Tibetdə Dalay Lama tərəfindən tərifləndi və Dalay Lama əsəri Həqiqət İşığı Mükafatına layiq gördü. Hekayə kommersiya uğuru qazandı və yekunundan sonra Kasterman tərəfindən kitab şəklində çap edildi. Seriya özü Franko-Belçika komiks ənənəsinin bir hissəsi oldu. Tintin Tibetdə televiziya, radio, sənədli film, teatr və video oyun kimi hazırlandı və muzey sərgisinə mövzu oldu. (Davamı...)
|
|
Həftənin yaxşı məqaləsi
|
|
Qan dövranı — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranında oksigenlə zəngin arterial qan sol mədəcikdən aorta və arterialar vasitəsilə bədən üzvlərinə daşınaraq, kapilyarlar vasitəsilə toxumalara daxil olur, buradan da toxumalarda toplanan karbon qazı ilə zənginləşmiş venoz qan toplayıcı venalarla aşağı və yuxarı boş venalara keçərək ürəyin sağ qulaqcığına daxil olmuş olur. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ kameralarına gələn tünd qırmızı rəngli qan oksigensizdir. Həmin qan bu dəfə sağ mədəcikdən ağciyərlərə qovularaq, alveolalardakı kapilyar tordan keçərək oksigenlə zənginləşdikdən sonra yığıcı ağciyər venaları vasitəsilə ürəyin sol şöbəsinə dönür, beləcə, qan yenidən alqırmızı rəngini almış olur. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır.
Al-qırmızı, yəni oksigenlə zənginləşmiş arterial qan, ürəyin sol şöbəsinə gəldikdən sonra, böyük bir təzyiqlə aortaya və periferik arteriyalara qovulur. Getdikcə nazikləşən bu qan damarları, sonda kapilyar damarlara keçir. Beləliklə, oksigen hüceyrələrə nəql edilmiş olunur. Bu mərhələdə qan yenidən oksigenini itirib, al-qırmızıdan tünd qırmızıya çevrilir. Hüceyrələrdə gedən maddələr mübadiləsindən hasil olan karbon qazı kapilyar torunda qana yüklənərək, yığıcı venalarla toplanaraq, eyni şəkildə kiçikdən böyüyə doğru ötürülür. Sonra ürəyin sağ qulaqcığına və mədəciyinə çatır, oradan da karbon qazından təmizlənmək və oksigenlə zənginləşmək üçün ağciyər arteriyası vasitəsilə ağciyərlərə qovulur. Beləliklə, qan insan bədənində sirkulyasiya, daha doğrusu hərəkət edir. Ürəyin sol şöbəsindən başlayaraq üzv və toxumalardan keçməklə sağ şöbədə bitən qan dövranı "böyük qan dövranı" adlanır. (Davamı...)
|
|
Bilirsinizmi...
|
Vikipediya məqalələrindən
- Bakı şəhərində yerləşən Nikola Teslanın heykəlinin (şəklidə) müəllifi Azərbaycanın xalq rəssamı, heykəltəraş Ömər Eldarov və memar Sənan Salamzadədir.
- Ailə münasibətlərinin inkişafı çərçivəsində uşaqların ehtiyaclarının qavranılması məqsədilə psixoanalizi öyrənən ilk pediatr Benjamin Spok olmuşdur.
- Kəskin buz ərintisi nəticəsində aşkarlanmış Ötzi mumiyasının genetik kodunu alimlər 2011-ci ilin oktyabrında açmağa müvəffəq olmuşlar.
- Tempera rəssamlıq texnikası ənənəvi olaraq, yumurta, yapışqan, su, bal və müxtəlif bitki yapışqanları kimi vasitələr və ya boyalara əllə narın hala salınmış tozvari piqmentlərlərin əlavə olunması ilə yaradılır.
- Aleksandr sütununu bəzən Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar.
- Praqa qəsrində yerləşən barokko üslublu Lobkovitz sarayı şəxsi mülkiyyətdə olan Praqa qəsrinin yeganə binasıdır.
|
|
|
Seçilmiş siyahı
|
|
ABŞ-ın birinci xanımlarının siyahısı — Ağ Evin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini ABŞ prezidentinin xanımı yerinə yetirir, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Ənənəyə görə, Ağ Evin sahibəsi öz işinin yerinə yetirilməsi müddətində heç bir əmək fəaliyyəti icra etmir. Onların vəzifələri dairəsinə, həm də Ağ Evin mərasimləri haqqında qayğılar da daxildir. Birinci xanımın öz xidmət ştatı var, bura - Ağ Evin ümumi katibi, işçilərin ştatının rəhbərləri, mətbuat katibi, baş floristi və baş aşbazlar daxildir. Birinci xanımın ofisi prezident ofisinin qoludur.
|
|