Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 100.195 məqalə mövcuddur.

Cscr-featured.svg Həftənin seçilmiş məqaləsi

Harri Potter və Sirlər Otağı (kitab).jpg
Harri Potter və Sirlər OtağıCoan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan ikinci romandır. Romanın məzmununda Harrinin Hoqvartsda ikinci tədris ili təsvir edilir, məktəbin divarlarına yazılan mesajlar “Sirlər otağı”nın açılmasından xəbər verir, məlum olur ki, “Slizerinin varisi” qarışıq sehrbaz ailələrindən olan bütün tələbələri öldürə bilər. Bu təhdid tezliklə qəsrdə qarışıqlığa səbəb olur, bir neçə tələbə daşlaşmış şəkildə (“daş kimi donmuş”) xəstəxana qanadına yerləşdirilir. İl ərzində Harri və onun dostları Ron UizliHermiona Qreyncer hücumları araşdırır və günahkarı tapmağa çalışırlar.

Roman Birləşmiş Krallıqda 2 iyul 1998-ci ildə “Bloomsbury” tərəfindən, ABŞ-da isə 2 iyun 1999-cu ildə “Scholastic Inc.” tərəfindən nəşr edilmişdir. Roulinq kitabı tamamlamağa çətinlik çəksə də, əsər tənqidçilər tərəfindən yüksək qiymətləndirilmiş və çoxlu mükafatlara layiq görülmüşdür, gənc oxuyucular, kitab sənayesi işçiləri və bəzi tənqidçilər romanın azyaşlı uşaqlar üçün çox qorxulu olduğunu qeyd etmişlər. Harri Potter romanlar seriyasından olan digər əsərlər kimi, “Harri Potter və Sirlər otağı” romanı da dini müzakirələrə səbəb olmuşdur; bəzi dindar cəmiyyətlər romanda magiya mövzularının istifadəsini tənqid etsələr də, başqaları məqsədinə doğru gedən yolda insanın özünü qurban etməsi fikrinin aşılanmasını təqdir etmişlər.

Bəzi şərhçilər şəxsi identikliyin kitabın ən güclü mövzularından biri olduğunu və bunun qeyri-magik, qeyri-insani və canlı olmayan personajlar vasiyəsiylə rasizmə yönləndiyini qeyd edirlər. Bəzi şərhçilər isə romandakı gündəliyi mənbələrdən məlumatların tənqidsiz qəbul edilməsinə qarşı müəllifin mövqeyini göstərdiyini bildirmişlər. İnstitusional hakimiyyət özünə xidmət edən və səriştəsiz kimi təsvir olunur. Roman həm də romanlar seriyasından olan sonuncu roman olan Harri Potter və Ölüm Hədiyyələri romanı ilə əlaqəlidir.

(Davamı...)

Artículo bueno.svg Həftənin yaxşı məqaləsi

Siberian-eskimo-Nabogatova-.PNG
Sibir yupikləriSibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində və Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasınnda yaşayan Yupik qoluna aid eskimos xalqıdır. Müqqədəs Lourens adasındakı Sibir yupikləri, Alyaskada qohumluq baxımından inyupiklərə ən yaxın xalqdır. Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış, onların mədəniyyətini mənimsəmişdir. Uzun müddət çukçalarla bir ərazidə yaşamaları Sibir yupiklərinin çukçalaşmasına səbəb olmuşdur. Sahil boyu ərazilərdə yaşayan çukçaların da çukçalaşmış yupik olduqları güman edilir. Yupiklərin böyük bir qismi özlərini çukçalarlarla eyniləşdirilməsinə qarşıdır. Ancaq sibir yupikləri və çukçalar arasında tək fərq dillərinin ayrı-ayrı olmasıdır. Qalan bütün mərasim və mədəniyyətləri isə eynidir.

Sibir yupiklərinin sayı 2000 nəfərdən çoxdur. 19801992-ci illərdə aparılan siyahıya alınmaya əsasən, sibir yupiklərinin 95%-nin sibir yupikcəsində danışdığı məlum olmuşdur. Lakin hhazırda bu nisbət daha aşağıdır. Sibir yupiklərinin ənənəvi inancı animizmşamanizm olsa da 1887-ci ildən etibarən Xristianlıq da zorla yayılmışdır. Sibir yupiklərinin əsasən ovçuluq və yığıcılıqla məşğul olurlar.Fil dişindən hazırlanan müxtəlif əşyalar isə baha qiymətə satılır.

(Davamı...)

Bilirsinizmi...

Vikipediya məqalələrindən
Demolition of San Stefano (Ayastenafos).jpg

Günün seçilmiş şəkli

Viborg by night 2014-11-04 exposure fused.jpg

Viborq şəhərinin panoram görünüşü, Danimarka

 

Emoji u1f4f0.svg Xəbərlər

Bidhya Devi Bhandari


Son ölümlər: Məmməd Aslan, Davud Əhmədov, Ziya Yusifzadə, Nadir Seyidov, Tomris İncer, Nuriyyə Əhmədova, Gülnar Salmanova, Əhməd Çələbi


Tarixdə bu gün

Bu gün — 4 noyabr: * Londonda dünyanın ilk elektrik yeraltı yolu - metro açılmışdır, (1890-cı il). * Ostankino teleqülləsi istifadəyə verilmişdir, (1967-ci il).

Əhəmiyyətli hadisələr

Metropoliten stansiyası
  • 644 — İkinci islam xəlifəsi Ömər qətlə yetirilmişdir.
  • 1920 — Azərbaycanda qadın şöbələrinin yaradılmasına başlanmışdır.
  • 1922 — İngilis misirşünaslar firon Tutanxamonun sərdabəsini aşkar etmişlər.
  • 1946YUNESCO-nun Nizamnaməsi qüvvəyə minmişdir.
  • 1947Bolqarıstan Xalq Respublikası elan edilmişdir.
  • 1952Duayt Eyzenhauer ABŞ-ın prezidenti seçilmişdir.
  • 1956 — Sovet qoşunları Macarıstana daxil olmuşlar.
  • 1979 — Tələbələr Tehrandakı Amerika səfirliyinin əməkdaşlarını girov götürmüşlər.
  • 1980Ronald Reyqan ABŞ-ın prezidenti seçilmişdir.
  • 2004Corc Buş ikinci müddətə ABŞ-ın prezidenti seçilmişdir.
  • 2008Barak Obama ABŞ-ın prezidenti seçilmişdir.
  • 2008 — Azərbaycan Respublikası prezidenti kosmik sənayenin yaradılması və milli telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında fərman imzalamışdır.

Digər günlər: 3 noyabr4 noyabr5 noyabr

Feat lists.png Seçilmiş siyahı

Mişel Obama

ABŞ-ın birinci xanımlarının siyahısıAğ Evin sahibəsi titulunu daşıyır. Ənənəvi sahibə vəzifəsini ABŞ prezidentinin xanımı yerinə yetirir, lakin bəzən bu titulu dövlət başçısının həyat yoldaşı olmayan xanımlar da daşıyır. Bu o halda baş verir ki, prezident subay və yaxud duldur, ya da həyat yoldaşı hansısa səbəbdən birinci xanım vəzifəsini yerinə yetirə bilmir. Birinci xanım titulu seçilmir və heç bir rəsmi xidmət hesab olunmur. Bununla belə, birinci xanım bir çox rəsmi tədbirlərdə iştirak edir, həm də prezidenti əvəz edə bilir. Ənənəyə görə, Ağ Evin sahibəsi öz işinin yerinə yetirilməsi müddətində heç bir əmək fəaliyyəti icra etmir. Onların vəzifələri dairəsinə, həm də Ağ Evin mərasimləri haqqında qayğılar da daxildir. Birinci xanımın öz xidmət ştatı var, bura - Ağ Evin ümumi katibi, işçilərin ştatının rəhbərləri, mətbuat katibi, baş floristi və baş aşbazlar daxildir. Birinci xanımın ofisi prezident ofisinin qoludur.

Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə