Intel
| Intel Corporation | |
|---|---|
| Birjada listinqi: | NASDAQ: INTC |
| Fəaliyyəti: | yarımkeçiricilər |
| Şirkətin şüarı: | "Gələcəyin sponsorları" |
| Təsis edilib: | 1968 |
| Təsisçiləri: | Qordon Mur, Robert Noys |
| Yerləşməsi: | |
| Hakim simaları: | Paul Otellini, Şo Ceyn (direktorlar şurasının sədri) |
| Məhsulu: | Prosessorlar, Mikroprosessorlar, fleş-yaddaş, SSD-yığıcılar, çipsetlər, şəbəkə avadanlıqları, ana platalar, serverlər |
| Gəliri: | 65,23 mlrd. ABŞ dolları (2010-cu il) |
| Təmiz mənfəəti: | $11,7 mlrd. (2010) |
| Əməkdaşların sayı: | 79 900 (2010)[1] |
| Veb-saytı: | www.intel.com |
Intel Corporation (tələffüz edilir: "İntel Karpereyşn") — Amerika Birləşmiş Ştatları şirkəti. Geniş spektr elektron avadanlıqlar, kompyuter komponentləri, mikroprosesserlər, sistem məntiqi qurğuları və s. istehsal edir. Mənzil-qərargahı ABŞ-ın Kaliforniya ştatının Santa - Klara şəhərində yerləşir.
Tarixi[redaktə | əsas redaktə]
Şirkəti Robert Noys və Qordon Mur Fairchild Semiconductor şirkətindən getdikdən sonra 18 iyul 1968-ci ildə təsis ediblər[2]. Sonradan onlara Endryu Qrouv də şəriklik etdi. Şirkətin biznes-planı Robert Noysun çap maşınında hazırlandı və cəmi bir səhifə təşkil edirdi. Əvvəl Fairchild şirkətinə yardım edən maliyyəçi onlara $2,5 milyon həcmində ilkin kapital verdi.
İntel 1971-ci ildə Busicom yapon şirkəti ilə əməkdaşlıq etdikdən sonra ona ilk uğur gəldi. O zaman İntel on iki xüsusi mikrosxemə sifariş aldı, ancaq mühəndis Ted Haffanın təklifi ilə bir ədəd universal Intel 4004 mikpoprosessoru hazırladı. Bu qurğunun gücü o dövrün ən güclü qurğuları səviyyəsində idi. Sonradan Intel 88008 hazırlandı.
1990-cı illərdə şirkət fərdi kompyuterlər üçün prosessorlar buraxmağa başladı. Onun Pentium və Celeron prosessorları indiyə kimi ən populyar qurğulardır. Intel kompüter texnikasının inkişafına çox böyük təkan verdi.
İstehsal etdiyi prosessorlar[redaktə | əsas redaktə]
- Embedded Intel® Architecture Chipsets
- Intel® Core™ i7 Processor
- Intel® Core™ i5 Processor
- Intel® Core™ i3 Processor
- Intel® Core™ 2 Duo Processors for Embedded Computing
- Quad-Core Intel® Xeon® Processor 5300 Series
- Dual-Core Intel® Xeon® Processor 5100 Series
- Dual-Core Intel® Xeon® Processors LV and ULV
- Intel® Core™ Duo Processors
- Intel® Xeon® ProcessorsIntel® Pentium® Dual-Core Processor
- Intel® Celeron® Processor 440
- Intel® Pentium® M Processors
- Intel® Pentium® 4 Processors
- Intel® Pentium® III Processors
- Intel® Celeron® M Processors
- Intel® Celeron® Processors
- Intel® Pentium® Processors with MMX™Technology
Həmçinin bax[redaktə | əsas redaktə]
- IntelH77 çipseti
- Intel X58 çipseti
- Intel mikroprosessorlarının siyahısı
- Intel çipsetləri
- IntelliJ IDEA