Filmlərdə Sərçə Yeddi dənizin quldur lordundan – Qardaşlıq yığıncağının 9 üzvündən biridir. O, fiziki güc əvəzinə ağlından istifadə etməklə və müzakirələr aparmaqla özünü çətin vəziyyətlərdən çıxara bilir, bacardıqca təhlükəli situasiyalardan yayınır və ancaq lazım olduqda döyüşə girişir. Cek Sərçə əvvəlcə tamaşaçılara ona üsyan edən Hektor Barbossa tərəfindən oğurlanmış Qara mirvari gəmisinin axtarışında olan quldur kimi təqdim olunur.
Meduza salı — romantizm dövrünün ən tanınmış nümayəndələrindən biri olan fransız rəssamı Teodor Jerikonun rəsm əsəri. Rəsmin yaradılmasına səbəb 1816-cı ilin iyulunda Meduza freqatının qəzaya uğraması olmuşdur. Beləki 1816-cı il 2 iyul tarixində Mavritaniya sahillərindən yan alan “Meduza” freqatı 5 iyulda qəzaya uğrayır. Qəza nəticəsində 147 nəfər ekipaj üzvü tərk edərək sala mindirilmişdir. 15 nəfərdən savayı qalan hamı xilas olma gününə qədər həlak olmuşdur. Sağ qalanlar isə aclıqla mübarizə aparmaq üçün hətta kannibalizmə də yol vermişdilər. Bu hadisə beynəlxalq qalmaqala səbəb olmuşdur. Qəzanın baş verməsi fransız kapitanının səriştəsizliyi ilə əlaqələndirilmişdir.
Gənc Teodor Jeriko böyük ictimai marağa səbəb olan bu hadisəni təsvir etməklə karyerasına başlamaq qərarına gəlmişdir. O, rəsm əsərini çəkməyə başlamamışdan əvvəl ətraflı araşdırma aparmış, çoxsaylı eskizlər hazırlamışdır. Qəzadan sağ çıxmış iki nəfərdən müsahibə alaraq salın müvafiq miqyaslı modelini yaratmışdır. O, artıq dünyasını dəyişmiş və ölüm ayağında olanların rəngini, bədənlərinin teksturasını görmək üçün xəstəxanalar və morqlara baş çəkmişdir.
ABŞ-ın Nebraska ştatının Allayans şəhərində yerləşən Karhenc abidəsi Stounhencin boz spreylə rənglənmiş köhnə ABŞ avtomobillərindən hazırlanmış təqlididir.
Yaponiyada şəkərdən müxtəlif formada heykəllər hazırlamaq sənəti amezayku adlanır.
1982-ci ildə İspaniyada oynanan və tarixə "Xixon rüsvayçılığı" adı ilə düşən AFR-Avstriya futbol matçından sonra dünya çempionatlarında hər qrupun son iki oyunu eyni saatda keçirilir.
Günün seçilmiş şəkli
Xəbərlər
Abxaziya separatçı rejimin "baş naziri" Gennadi Qaquliya sentyabrın 8-də yol nəticəsində həlak olub.
Bu film Monronun danışdığı, həm də oxuduğu ilk film olub. 1949-cu ildə o Marks qardaşlarının "Xoşbəxt məhəbbət" filminin reklam kompaniyasında iştirak etmiş və epizodik rol oynamışdır. 1950-ci ildə "Asfalt cəngəllik" və "Yeva haqqında hər şey" filmləri ekranlara çıxdıqdan sonra, Monro tənqidçilərin diqqətini cəlb edib. Bu epizodik rollardan sonra aktrisa 20th Century Fox kino şirkəti ilə, həftədə 750 dollar məvacib şərti ilə uzunmüddətli müqavilə imzalayıb.