Skip to content
master
Switch branches/tags
Code

Latest commit

 

Git stats

Files

Permalink
Failed to load latest commit information.
Type
Name
Latest commit message
Commit time
 
 
 
 

Python Interview Questions and Answers


  1. What is the built-in function used in Python to iterate over a sequence of numbers?

    Pythonda range() funksiyası ədədlər ardıcıllığını qaytarır və default olaraq 0-dan başlayır, 1-1 artır və müəyyən edilmiş ədəddən sonra dayanır.

    Sintaksisi bu şəkildədir:

    range(start, stop, step)
    

    Nümunə:

    for n in range(5, 12):
      print (n)

    Bu zaman ardıcıllıq 5-dən başlayıb (5 də daxil olmaqla) 12-yə qədər (12 daxil deyil) davam edəcək.

    Çıxış:

    5
    6
    7
    8
    9
    10
    11
    

    Başqa bir nümunəyə baxaq:

    for i in range(2, 15, 3):
      print (i)

    Ardıcıllıq 2-dən başlayıb 15-ə qədər 3-3 artaraq davam edəcək.

    Çıxış:

    2
    5
    8
    11
    14
    

  1. Suppose list1 is [2, 12, 222, 55, 52]. What is list1[-1]?

    Ədəd mənfi (sondan başlayacaq) və 1 (1-ci ədədi götürəcək) olduğu üçün cavab 52 olacaq.

  1. Explain the //, %, and ** operators in Python.

    // operatoru qalıqsız bölmə operatorudur. Nəticə həmişə tam ədəd olur.

    Nümunə:

    55 // 10

    5 qaytaracaq, çünki 55-in içində 5 dənə 10 var. Qalıq isə nəzərə alınmır. Əgər adi bölmə əməliyyatı (55 / 10) ilə yazsaydıq cavab 5.5 olardı.


    ** operatoru qüvvətə yüksəltmə operatorudur.

    Nümunə:

    5 ** 2

    25 qaytaracaq, çünki 5-i 2 dəfə öz-özünə vuranda (5 üstü 2) 25 edir.


    % operatorunun mənası budur ki, məsələn, a b-yə bölünür və onların bölünməsindən qalıq c alınır. Buradakı qalıq c a % b ifadəsinin cavabıdır.

    Nümunə:

    50 % 12

    2 qaytaracaq, çünki 50 12-yə bölünür və cavab 4 (qalıq 2) olur. Qalıq 2 olduğu üçün də cavab 2 olacaq.


  1. Explain logical operators in Python.

    Məntiqi operatorlar şərti ifadələrdə istifadə olunur və boolean dəyər (True və ya False) qaytarır. Pythonda 3 məntiqi operator var.

    Operator Təsviri Sintaksisi
    and Əgər hər iki tərəf doğrudursa True qaytarır a and b
    or Əgər iki tərəfdən biri doğrudursa True qaytarır a or b
    not Nəticəni tərsinə çevirir, əgər doğrudursa False qaytarır, yanlışdırsa True qaytarır not a

    Nümunə:

    a = 5
    
    print(5 >= a and 20 > a) # True qaytarır, çünki şərtlərin hər ikisi də doğrudur
    
    print(5 < a or 20 > a) # True qaytarır, çünki şərtlərdən biri doğrudur
    
    print(not(5 < a or 20 > a)) # False qaytarır, çünki nəticə tərsinə çevrilir

    Belə bir cədvəllə sualı yekunlaşdıraq.

    Operator A Operator B Logical AND nəticə
    True True True
    True False False
    False True False
    False False False
    Operator A Operator B Logical OR nəticə
    True True True
    True False True
    False True True
    False False False
    Operator A Logical NOT nəticə
    True False
    False True

  2. How do you calculate the length of a string?

    Bunun üçün len() funksiyasından istifadə edirik və stringlərin uzunluğunu hesabladığımız üçün nəticə olaraq xarakterlərin sayını qaytarır.

    Nümunə:

    s = len("mətn")
    print(s) # 4 qaytarır
    
    a = len("Salam, Zöhrab!")
    print(a) # 14 qaytarır

  3. How will you remove last object from a list?

    Bunun üçün pop() metodundan istifadə edə bilərik.

    Sintaksisi:

    list.pop(mövqe)
    

    Nümunə:

    meyveler = ["armud", "alma", "banan"]
    
    print(meyveler) # ['armud', 'alma', 'banan']
    
    meyveler.pop()
    print(meyveler) # ['armud', 'alma']
  4. How will you capitalize the first letter of a string?

    Bunun üçün capitalize() metodundan istifadə edə bilərik. Capitalize() metodu ilk xarakterin böyük, qalanlarının isə kiçik hərf olduğu stringi qaytarır.

    Sintaksisi:

    string.capitalize()
    

    Nümunə:

    str = "gör məni!"
    
    c = str.capitalize()
    
    print (c) # Gör məni!

    Yuxarıya qayıt